Ölkə üzrə 55 təhsil müəssisəsində təmir və tikinti işləri aparılır. Bu barədə yanvarın 10-da Təhsil Nazirliyi Trend-ə məlumat verib.
Sözügedən müəssisələrdən 7-si Bakı şəhərində, 48-i isə ölkənin digər bölgələrində yerləşir. Onlardan 3-ü peşə liseyi, 4-ü isə məktəbdənkənar təhsil müəssisəsidir.