Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək. Bu haqda 7 yanvar tarixində Yüksək Texnologiyalar Parkının Facebook səhifəsində məlumat verilib.
Bu məhsul AMEA-nın Yüksək Texnologiyalar Parkının yeni rezidenti BEYT MMC tərəfindən istehsal olunacaq.
İstehsal ediləcək xüsusi cihazlar sensorlar vasitəsilə arı yeşiklərində temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikasını aparacaq. Bu texnologiyanın bal istehsalında artıma və məhsulun idxalının azalmasına səbəb olacağı gözlənilir.
Reportun verdiyi məlumata əsasən, ilkin mərhələdə istehsal prosesinə 20 nəfərin cəlb edilməsi və 500 min “Smart” arı yeşiklərinin istehsal olunması nəzərdə tutulub.