Azərbaycanda bugündən, noyabrın 2-dən Apple Pay fəaliyyətə başlayıb.
Ödəniş sistemi saat 10:00-da işə düşüb. Bu xidmətin istifadəsi ABB, Kapital Bank, Bank Respublika və Unibank kartları vasitəsilə mümkün olacaq.
Apple Pay müştərilərə mobil qurğular vasitəsilə rəqəmsal ödəmələr üçün təqdim edilən bir xidmətdir. Sözügedən ödəniş sistemi yalnız Apple tərəfindən istehsal olunan cihazlarda mövcuddur. Bu sistemin digərlərindən əsas fərqi ödənişi təsdiqləmək üçün istifadə olunan əlavə təhlükəsizlik xüsusiyyətləridir. Onlar Touch ID, Face ID, PIN və ya paroldur.