Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması ilə bağlı balın qiymətinin aşağı düşməsi gözlənilir. Bu barədə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətova istinadən 20 sentyabr tarixində Trend məlumat verib.
Sədrin sözlərinə görə, Qarabağda arıçılıq qədimdən inkişaf edib. Torpaqlar işğaldan azad olunandan sonra bölgəyə 4000-dən çox arı ailəsi köçürülüb.
“Bu il həmin yerlərdə məhsuldarlıq çox olub. Belə ki, hər arı yeşiyindən 50 kiloqrama yaxın bal götürülüb”, - deyə Bədrəddin Həsrətov bildirib.
Azərbaycanın digər regionlarında arı ailəsi bir ildə 15-20 kiloqrama yaxın bal verə bilər.
Hazırda ölkədə balın orta qiyməti hər 1 kiloqrama görə 25-30 manatdır.