Cari ilin dekabrın 1-nə olan məlumata əsasən Azərbaycan banklarının aktivləri 35,6 milyard manat təşkil edib. Bu barədə Mərkəzi Bankın 21 dekabr tarixində dərc edilmiş son hesabatında deyilir.
Məlumata əsasən, cari ilin yanvarın 1-dən aktivlər 11,1% artıb. Bankların kredit portfeli 15%, əmanət portfeli isə 19,4% artıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 8,9% azalaraq 41,9% təşkil edib. Bank sektorunda çalışan işçi sayı ilin əvvəlindən 7,1% artaraq 20 035 nəfər təşkil edib.