Azərbaycanın bir neçə şəhərinin baş planı təsdiq olunub. Bu barədə martın 30-da Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Saatlı, Sabirabad, Şabran və Kürdəmir şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair baş planı təsdiq edilib.