Ölkədə bir neçə sahədə müəyyən hallarda ödənişlər artıq nağdsız olacaq. Bu layihə noyabrın 3-də Milli Məclisdə müzakirə olunub.
Xəstəxanalarda göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan çox ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Məbləği 10 min manatdan artıq olan mebellərin və məişət texnikasının da satışı artıq nağd olmayacaq. Digər malların isə pərakəndə satışı 2 min manatdan artıq olduğu halda ödənişlər yalnız nağdsız qaydada aparılacaq.
Yuxarıda qeyd edilənlərlə yanaşı, lotereyeda ümumi məbləği 3 min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı qoyuluşlar da nağdsız ödəniləcək.