“Azəriqaz” İstehsalat Birliyi bu ildən etibarən ölkədə “ağıllı” (Smart) sayğaclarının tətbiqinə start verəcək. Bunu yanvarın 7-də qurumun rəsmisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə əsasən, Azərbaycanda heç vaxt Smart sayğaclar olmayıb, Smart tipli sayğaclar olub.
Qeyd edək ki, Smart sayğacın hissələri haqqında məlumat və texniki göstəricilər ilə buradan tanış olmaq mümkündür.