Azərbaycanda dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 353,6 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 73,9% artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin saytında 7 yanvar tarixində məlumat verilib.
Sözügedən ay ərzində yeyinti məhsulları üzrə ixrac 101,5 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 252,1 milyon dollar olub.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard dollar, qeyri-neft sektoru üzrə 2,7 milyard dollar təşkil edib.