Azərbaycan əhalisinin sayı açıqlanıb. Cari ilin sentyabr ayının 1-də əhali sayı 0,3% artaraq 10 145 081 nəfərə çatıb. Bu barədə oktyabrın 19-da Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 73 177 körpə doğulub, onlardan 53,4%-i oğlan, 46,6%-i qız olub.
Ölkədə nikah və boşanma hallarının sayı da açıqlanıb. Sözügedən dövr ərzində 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən həm nikahların, həm də boşanmaların sayı artıb.