Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələri satan şəxslər 10 il həbs ediləcək. Report-un martın 9-da yaydığı məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir göstərən maddələrlə bağlı külli miqdarda törədildikdə 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.