2022-ci ildən Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalaraq 740 min barel təşkil edəcəyi gözlənilir. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyasına istinadən Margin.az xəbər verib.
Məlumata görə, növbəti ilin ilk yarısında ölkədə neft hasilatı 750 min barel, ikinci yarısında isə 740 min barel təşkil edəcək.