Azərbaycan Gimnastika Federasiyası (AGF) ölkədaxili yarışları bərpa edir. Bu barədə AGF-in rəsmi saytında yanvarın 5-də məlumat verilib.
Milli Gimnastika Arenasında 4 yarış təşkil olunacaq:
- 29 yanvar - Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı;
- 24-25 fevral - Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı çempionatı;
- 16 mart - Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı;
- 25-26 mart - Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı.
Yarışlar xüsusi karantin rejimi qaydalarını nəzərə alaraq tamaşaçısız keçiriləcək.