Naxçıvan həbsxanalarında cəza çəkən iki İran vətəndaşı qarşı tərəfə təhvil verilib. Bu barədə oktyabrın 13-də İranın Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu məlumat yayıb.
Məlumatda qeyd olunub ki, məhkumlardan biri narkotik maddə saxlamaqda, digəri isə qanunsuz olaraq sərhədi keçməkdə günahlandırılıb və məsuliyyətə cəlb edilib.