Ölkədə elektrik enerjisinin və qazın qiymətlərində dəyişikliklər edilib. Bu barədə 16 oktyabr tarixində Tarif Şurası qərar verib.
Beləliklə, əhali üçün qazın qiyməti 1200 m3-dək 10 qəpikdən 12 qəpiyə qaldırılıb. 1200 m3-2500 m3 (20 qəpik) və 2500 m3-dən çox (25 qəpik) olan göstəricilər üçün isə dəyişməz olaraq qalıb.
Əhali üçün elektrik enerjisinin qiymətlərində və limitlərində də dəyişikliklər olunub:
Bundan öncə, elektrik enerjisi 300 kVt/s kimi 7 qəpikdən, 300 kVt/s şox istifadə olunduqda isə 11 qəpikdən hesablanıb. Yeni tariflərə uyğun olaraq 200 kVt/s qədər qiymət 8 qəpikdən, 200 kVt-s-dan 300 kVt/s-a qədər 9 qəpikdən, 300 kVt/s-dan çox isə 13 qəpikdən hesablanacaq.
Qeyri-əhali üçün yeni qaz tarifləri aşağıda qeyd olunan sahələrə hər 1000 m3 üçün:
Qeyri-əhali istehlakçılar üçün yeni işıq tarifləri ticarət və xidmət sahələrinə 1 kVt/s üçün 9 qəpikdən 11 qəpiyə, digər sahələrə isə 9 qəpikdən 10 qəpiyə qaldırılıb.
Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minəcək.
Qeyd edək ki, elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Əhali üçün sonuncu qaz tarifi dəyişikliyi 2021-ci ilin iyul ayında aparılıb.