2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda metro istifadəçilərinin sayı 20 milyondan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin son hesabatında əks olunub.
Cari ildə avtobus istifadəçilərinin sayı 630 milyona yaxın olub. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.
Statistikaya əsasən, taksi istifadəçilərinin sayı 2 dəfə çoxalaraq 55 milyona yaxın olub.
İctimai nəqliyyatın istifadəsinin azalması koronavirus pandemiyası çərçivəsində 2020-ci ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.