Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər. Bu barədə 5 yanvar tarixində Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə bildirib.
“Klassik geyimlər uşaqların istər-istəməz sıxılmasına səbəb olur. İdman üslubunda geyimlər uşaqların daha sərbəst hərəkət etməsinə imkan verəcək”, - deyə Səkinə Babayeva söyləyib.
O, həmçinin məktəbli geyim formalarında Azərbaycan bayrağının rənglərindən istifadə edilməsini təklif edib.
Azərbyacanda 1,7 milyona qədər şagird təhsil alır.