TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı avqustun 21-də öz Twitter səhifəsində vaksin yaradılması ilə bağlı tədqiqatlar haqda açıqlama verib:
"Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib".
Son sutkada Azərbaycanda birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43046, ikinci mərhələ üzrə isə 11409 nəfər təşkil edir.
Ümumilikdə ölkədə COVID-19 əleyhinə vurulan peyvəndlərin sayı 6045471-ə çatıb.
Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, #COVID19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib. #Azerbaijan #COVID19vaccination
— Ramin Bayramlı (@RaminBayramli) August 21, 2021