Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu barədə 9 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, qanunsuz olaraq narkotik vasitələri istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.