Azərbaycanda 2021-ci ilin ilk 11 ayı ərzində 8,6 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu məlumat Dövlət Statistika Komitəsinin 15 dekabr tarixli hesabatında əks olunub.
Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur. Cari ildə yaşıl çay yarpağının istehsalı 26% artıb, tərəvəz, meyvə və giləmeyvə istehsalı isə 6% artıb.
2021-ci il ərzində Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatının faktiki dəyərinin 49%-i heyvandarlıq, 51%-i isə bitkiçilik məhsullarının payına düşür.