2021-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycana 135 milyon dollarlıq şəkər və şəkər məmulatları idxal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 38% çoxdur. Bu məlumat Dövlət Gömrük Komitəsinin hesabatında əks olunub.
Cari ilin yanvar-avqust aylarında şəkər və şəkər məhsullarının ixracı isə 24 milyon dollardan çox olub. İxracın həcmi də ötən ilə nisbətən 117% çoxdur.
Şəkər və şəkər məmulatlarının idxalı ümumi idxalın 1,84%-ni, ixracı isə ümumi ixracın 0,2%-i təşkil edir.