Azərbaycanda yerləşən “R-Pharm” Şirkətlər Qrupunun əczaçılıq kompleksi şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton MR preparatının ilk partiyasının buraxıldığını bəyan edib. Bu barədə yanvarın 11-də Sputnik Azərbaycan-dan məlumat verilib.
Birinci partiyanın həcmi təxminən 200 min qutu təşkil edib. Cari ilin mart ayınadək 300 min qutunun istehsalı planlaşdırılır.
Bu hadisəni şərh edən “R-Pharm” Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi qeyd edib ki, preparatın lokallaşdırılması xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.