Azərbaycanda kişilər və qadınların əməkhaqlarında fərq hələ də qalmaqdadır. Bunu dekabrın 8-də Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır: "Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq. Aktiv məşğul əhalinin yarısının işlə təmin olunması nəzərdə tutulub".
Qurumun rəhbəri qeyd edib ki, son 4 ildə minimum əməkhaqqı 2 dəfə, orta əməkhaqqı isə 4 dəfə artıb. Hal-hazırda ölkədə 14 min aktiv vakansiya mövcuddur.