Azərbaycanda "Yüksək Texnologiyalar Parkı" MMC-nin rezidenti “BEYT” MMC LED lampa üçün diod və mikrosxem istehsal edəcək. Bu barədə Parka istinadən 10 yanvar tarixində Report məlumat yayıb.
Məlumata əsasən, layihənin həyata keçirilməsi ilə LED lampaların istehsalı daha da artacaq. Müəssisədə 30 nəfər işlə təmin ediləcək. İstehsal prosesini tam avtomatlaşdırılmış şəkildə 3 robot həyata keçirəcək. Layihənin həyata keçirilməsi nəticəsində daxili bazarda LED lampaların maya dəyərinin də aşağı düşməsi gözlənilir. Hazırlanan məhsulun Gürcüstan, Rusiya və digər ölkələrə ixracı nəzərdə tutulur.