Cari ilin ilk 11 ayı ərzində Azərbaycanda ölkədaxili nağdsız əməliyyatların həcmi 9,67 milyard manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,7% çoxdur. Bu barədə Mərkəzi Bankın 21 dekabr tarixində dərc etdiyi hesabatında deyilir.
Məlumata əsasən, dövriyyədə olan ödəniş kartlarının sayı 18,8% artaraq 10 milyon 858 min ədəd təşkil edib. Ödəniş kartlarında artım debet kartları üzrə 17,7%, kredit kartları üzrə isə 27,3% təşkil edib.
Nağdsız ödənişlərin 6,1 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğ isə POS-terminal və ATM-lər vasitəsilə gerçəkləşib.