2022-ci ilin yanvarın 1-nə olan məlumata görə Azərbaycanda mənzillərin və fərdi yaşayış evlərin 96,3%-i qazlaşdırılıb. Bu barədə 10 yanvar tarixində “Azəriqaz” İB-nin İctimaiyyət əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, cari ildə 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Ötən il ərzində 200-dən artıq şəhid ailəsinin və müharibə iştirakçısının fərdi yaşayış evi “Azəriqaz”ın daxili imkanları hesabına qazlaşdırılıb.
Qeyd edək ki, son 10 ildə ölkədə 1 554 kənd və qəsəbə təbii qazla təmin olunub. Ötən il isə bunların sayı 100-ə yaxın olub.