Cari ilin ilk 11 ayı ərzində Azərbaycana 196,2 milyon dollarlıq meyvə-tərəvəz idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur. Bu barədə 21 dekabr tarixində dərc olunmuş Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Əczaçılıq məhsullarının idxalı da 44,1% artıb və 477,1 milyon dollar təşkil edib. Eyni dövrdə bitki və heyvən mənşəli yağların idxalı 32,1% artaraq 190,7 milyon dollar, mebel və onun hissələrinin idxalı 25,4% artaraq 87,8 milyon dollar, geyim əşyalarının idxalı isə 24,3% artaraq 241,7 milyon dollar təşkil edib.
Onu da qeyd edək ki, gübrələrin idxalı 55,8% azalaraq 42,5 milyon dollar, ətin idxalı 13,6% azalaraq 62,3 milyon dollar, qara metalların idxalı isə 10,8% azalaraq 782,6 milyon dollar təşkil edib.