Azərbaycanda əcnəbilər də vaksinasiya imkanlarından yararlana bilərlər. Bunu dekabrın 17-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov söyləyib.
Məlumata əsasən, son iki il ərzində koronavirus pandemiyasına görə sərhəd keçmələrində yaranan məhdudiyyətlər miqrasiya sahəsinə təsir edib.
Vüsal Hüseynovun sözlərinə görə, məhdudiyyətlərin miqrantlara neqativ təsirini azaltmaq üçün dövlət tərəfindən müvafiq addımlar atılıb.
“Cari ildə Azərbaycandakı əcnəbilərin heç bir əlavə müraciət olmadan qalma müddətləri uzadılıb. Bu şəxslərin elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi üçün elektron resurslar təkmilləşdirilib. Eyni zamanda həssas kateqoriyadan olan miqrantlara müəyyən sosial dəstək layihələri həyata keçirilib”, - deyə o qeyd edib.