Azərbaycanda 2021-ci ilin ilk 11 ayı ərzində 81 milyon manata yaxın ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 13 dekabr tarixli hesabatında əks olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 8055,3 manat təşkil edib.