2021-ci ilin ilk 9 ayında Azərbaycanda 62,8 milyard manatdan çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5%-ə qədər artıb. Bu baradə Dövlət Statistika Komitəsi oktyabrın 15-də məlumat verib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6 min manatdan çox təşkil edir.