Azərbaycanda 1,2 milyon pensiya alan şəxs var. Bu, ölkə əhalisinin 12%-ni təşkil edir. Bu haqda martın 16-da Dövlət Statistika Komitəsinin saytında məlumat verilib.
Onlardan 59%-i yaşa, 29%-i əlilliyə, 12%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Aylıq pensiyaların orta məbləği 332 manat təşkil edir.
Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-dən əmək pensiyasının minimum məbləği 20% artırılaraq 240 manat müəyyən edilib.