Şəhər və rayonlar arasında sərnişin və yük daşınması üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrinə nəzarət cihazı (taxoqraf) quraşdırılacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Günay Əliyeva oktyabrın 19-da Reporta bildirib.
Onun sözlərinə əsasən, bu təcrübə beynəlxalq yükdaşımalarda mövcuddur.
“Taxoqrafla sürücünün sükan arxasında neçə saat olmasına və onun davranışına nəzarət etmək mümkün olacaq”, - deyə G.Əliyeva əlavə edib.
Agentliyin rəsmisi, həmçinin bunun “2019-2023-cü illərdə Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” çərçivəsində baş tutacağını deyib.