Xəzər Rayon Mərdəkan qəsəbələrində polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu haqda sentyabrın 24-də DİN məlumat verib.
Mərdəkan qəsəbəsi sakininin üzərindən 2 qrama yaxın heroin, yaşadığı evdən isə 13 kiloqram 452 qram marixuana aşkar edilib.
Həmin ərazidə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfəri saxlayıb. Həmin şəxslərdə külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.