Azərbaycanda son 15 ildə süd vəzi xərçənginin qadınlar arasında yayılması 32,3% təşkil edir. Bu barədə 9 mart tarixində Report Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərova istinadən məlumat verib.
Onun sözlərinə görə, erkən və vaxtında qoyulan diaqnozla xəstəliyə qalib gəlmək olar.
Prorektor bildirib ki, süd verən anaların xərçəngə yoluxma riski 20%-ə qədər aşağı düşür.