Azərbaycanda işləyən qadınlar hər ay orta hesabla 361 manat əməkhaqqı alırlar. Kişilərə isə, demək olar ki, qadınlardan iki dəfə çox, 670 manat ödənilir. Bu barədə 9 mart tarixində BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndəsi Aygün Əhmədova Reporta məlumat verib.
Onun sözlərinə görə, qadınların 5,9%-i işsizdir, halbuki kişilər üzrə bu göstərici 4,1%-dir.
“Qadınlar parlamentdə yerlərin cəmi 18%-ni, dövlət qulluğunda yüksək və orta səviyyəli rəhbər vəzifələrin isə 23%-ni tutur”, - deyə nümayəndə bildirib.
Aygün Əhmədova, həmçinin əlavə edib ki, ölkə sahibkarlarının 21,5%-ni xanımlar təşkil edir.