Dekabrın 8-də Azərbaycanın müxtəlif bölgələrində vətəndaşlardan qanunsuz saxlanılan 10 ov tüfəngi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, Astara, Beyləqan, Qəbələ, Balakən, Ağdam və Hacıqabul rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
“Əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir", - DİN vətəndaşlara müraciət edərək vurğulayıb.