Cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda qeyri-neft sənayesi 19,6% artıb. Bu barədə 28 oktyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, eyni dövrdə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 36,6 milyard manat təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5% çoxdur.
… 36,6 mlrd. manat təşkil edib. Bu müddətdə #qeyrineft sənayesi 19,6%, qeyri-neft emal sənayesi isə 24,7% artıb.#İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 28, 2021