Prezident İlham Əliyev tərəfindən bir necə Fərmanlara dəyişikliklər edilməsi haqqında Fərmanlar imzalanıb.
Növbəti ildən sosial müavinətlərin, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən təqəüdlərin məbləği artırılacaq.
Həmçinin beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılacaq.
Fərmanlar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni Fərman və Sərəncamlar ümumilikdə 732 min şəxsi əhatə edəcək. Artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.