Azərbaycanda 2021-ci ilin ilk 9 ayı ərzində meyvə-tərəvəz idxalı artıb, ət, buğda və gübrə idxalı isə azalıb. Bu barədə məlumat 18 oktyabr tarixində dərc olunan Dövlət Gömrük Komitəsinin cari ilin son 9 ayı üzrə olan hesabatında əks olunub.
Beləliklə, ötən il ilə müqayisədə meyvə-tərəvəzin idxalı 11% artıb. Eyni zamanda ətin, buğdanın və gübrənin idxalı müvafiq olaraq 16%, 29% və 59% azalıb.
Cari ildə Azərbaycan məhsulları əsasən Rusiya, Türkiyə və Çindən idxal edib.