Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 101 ölkədən 7,4 min nəfərə yaxın əcnəbi tələbə təhsil alır. Bu barədə APA martın 9-da Nazirlər Kabinetinə istinadən xəbər verib.
Sözügedən ölkələrə Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin daxildir.
Məlumata görə, universitetlərdə əcnəbilərin sayı 10% artıb.