Azərbaycanda qrafik dizayner, kompüter şəbəkə inzibatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi və kosmetologiya ixtisasları yaradılıb. Bu haqda oktyabrın 14-də baş nazir Əli Əsədov qərar imzalayıb.
Bundan başqa, mebel ustası ixtisası, avtomobil diaqnostikası və təmiri ustası ixtisası, üzümçülük və şərab ustası ixtisası, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı ixtisası əlavə edilib.