Noyabrın 19-dan Bakıdan Qazaxıstanın Almatı şəhərinə və əks istiqamətdə xüsusi reyslər həyata keçiriləcək. Bu haqda AZAL məlumat yayıb.
Uçuşlar hər həftənin cümə günləri, əks istiqamətdə isə şənbə günləri baş tutacaq. Aviabiletləri AZAL-ın rəsmi saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Qeyd edək ki, Almatıdan Bakıya geri qayıtmaq üçün uçuşdan 72 saat əvvəl verilmiş PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd olmalıdır.
Bundan əvvəl, noyabrın 7-də Qazaxıstanın “Air Astana” aviaşirkəti tərəfindən Almatı-Bakı-Almatı marşrutu üzrə uçuşlar başlamışdır.