Azərbaycandan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər həyata keçiriləcək. Bu haqda AZAL noyabrın 5-də məlumat yayıb.
Uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri baş tutacaq. Aviabiletləri AZAL-ın rəsmi saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Sözügedən ölkəyə səyahət etmək istəyən şəxslər aviaşirkətin saytında dərc edilmiş qaydalara uyğun olmalıdırlar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından Azərbaycana geri qayıtmaq üçün uçuşdan 72 saat əvvəl verilmiş PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd olmalıdır.