Ukraynada azərbaycanlı gənclər müharibə ilə əlaqədar olaraq kütləvi yardım kampaniyası keçirirlər. Bu haqda 11 mart tarixində Report məlumat yayıb.
İvano-Frankovsk şəhərində yaşayan Ukrayna vətəndaşı Mikayıl Nəcəfov azərbaycanlı və ukraynalı gənclərlə birlikdə müharibə qaçqınlarına və döyüşçülərə yardım göstərirlər.
Onlar informasiya bloqları vasitəsilə kampaniyanı ölkə üzrə yayırlar.