Bakının 76 saylı məktəbin IX sinif şagirdi Ruzanna Məmmədova avqustun 16-da Budapeşt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında gümüş medal qazanıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat verib.
İdmançı qazax, rumıniyalı və türkiyəli rəqiblərinə qalib gəlsə də, finalda hindistanlı güləşçiyə uduzaraq ikinci yeri tutub.