Azərişığın sədri Vüqar Əhmədov martın 10-da, saat 10:00-da qurumun Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə martın 9-da qurumdan bildirilib.
Qəbulda iştirak etmək istəyənlər Yevlax və Mingəçevir Eelektrik Şəbəkələrinə, həmçinin Azərişığın 199 çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə biləcəklər.