Dekabrın 10-da Prokurorluq Ağdamda Azərişığın əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb.
Dekabrın 9-u saat 17 radələrində Azərişıqda işləyən Firdovsi Mirzəyevə və Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilib.
Müəyyən edilib ki, rayonun Quzanlı qəsəbəsində evin sayğacının qanunsuz qoşulması müəyyən edilib. İşçilər sayğacın qanunsuz qoşulması və işıq pulunun ödənilməməsi barədə iradlarını bildirərkən evə qonaq olan Rəhim Kərimov tərəfindən onlara bıçaqla xəsarətlər yetirilib.
Faktla bağlı cinayət işi başlanıb. Rəhim Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edək ki, elə həmin gün Lənkəranda işiğı kəsilən şəhər sakini Azərişıq əməkdaşının avtomobilini yandırmışdır.