Bakının Xəzər və Sabunçu rayonlarında qaz xətlərinə xeyli sayda qeyri-qanuni birləşmə halları aşkar edilib. Bununla bağlı Azəriqaz vətəndaşlara xəbərdarlıq edib.
Əraziyə baxış keçirilən zaman sayğac olmadan qaz xəttinin rezin borular vasitəsilə çəkilməsi, sayğacın göstəricisinin geri çəkilməsi, pərakəndə şəkildə qaz xətlərindən istifadə halları müəyyən edilib.
Birliyin əməkdaşları aşkarlanan bütün faktlar üzrə materialları toplayaraq, ölçü götürülməsi üçün aidiyyəti strukturlara təqdim ediblər.
Azəriqaz bir daha vətəndaşları qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırırıb: “Kustar üsulla edilən birləşmələrlə həm özlərinin, həm də ətrafdakı insanların həyatını təhlükəyə atırlar. Bu cür qanunsuz hərəkətlərə yol verənlər barəsində ciddi tədbirlər görüləcək”, - xəbərdarlıqda qeyd olunub.