“Azərpoçt” MMC Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
- Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-a;
- 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10:00-dan 17:00-a;
- 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a;
- 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09:00-dan 17:00-a;
- 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-dan 17:00-dək işləyəcək.
Bayram günlərində regionlarda yerləşən Müştəri Xidməti şöbələri saat 10:00-dan 17.00-a qədər vətəndaşlara xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi təmin ediləcək.