İşğaldan azad edilən Ağdamın elektrik enejisi ilə təmin edilməsi məqsədilə orada iki yarımstansiya tikilir. Bu haqda “Azerenerji” ASC noyabrın 2-də məlumat yayıb.
Bildirilir ki, “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, “Ağdam-2” isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir.
ASC-nin rəsmisi Teymur Abdullayevin sözlərinə görə, hazırda Qarabağda tikilən bütün elektrik stansiyalarının ötürmə xətlərini idarə edəcək Avtomatik İdarəetmə Mərkəzi də tikilir.